Çərşənbə axşamı, 30 İyul 2024 11:24

Sumqayıt Kimya Sənaye Parkında yeni məhsul istehsalına dair memorandum imzalanıb

İyulun 29-da İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Rusiyanın “Himtek Engineering” ASC arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “Himtek Engineering” ASC-nin baş direktoru Sergey Luqovskoy imzalayıblar.

Caspian Energy Media İZİA-ya istinadən xəbər verir ki, sənədə əsasən “Himtek Engineering” ASC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində kimyəvi məhsulların istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. 100 milyon ABŞ dollarlıq layihənin reallaşacağı təqdirdə müəssisədə 100 nəfərlik daimi iş yeri yaradılacaq.

İllik istehsal gücü 15 min ton təşkil edəcək müəssisəsdə istehsal olunacaq məhsulların Azərbaycanla yanaşı Rusiyaya ixrac edilməsi planlaşdırılır.

Read 478 times