Çərşənbə axşamı, 23 İyul 2024 10:23

Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır

“Qarabağ Aqro 44” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Caspian Energy Media İZİA-ya istinadən xəbər verir ki, müəssisədə sucuq istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək.

İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı ixracı da nəzərdə tutulur.

Read 510 times