Çərşənbə, 31 Yanvar 2024 07:19

Caspian Energy Club üzvlərinin Azərbaycan Respublikasinin Prezidentinə Müraciəti

Möhtərəm cənab Prezident! 

 

Müzəffər Ali Baş Komandan!

 

İcazə verin, Azərbaycan biznesinə göstərdiyiniz dəstəyə, Azərbaycanda əlverişli investisiya şəraitinin yaradılmasına və özəl sektor nümayəndələrinin problemlərinin həllində fəal marağınıza görə Sizə dərin minnətdarlığımızı bildirək. Sizin səmərəli və uğurlu xarici və daxili siyasətiniz sayəsində Azərbaycan işğal olunmuş torpaqlarını azad edərək tam müstəqilliyə nail oldu.

 

Cənab Prezident, bildiyiniz kimi, Caspian Energy Club fəaliyyətinə Ümummilli Lider Heydər Əliyevin 2002-ci il aprelin 25-də xarici və azərbaycanlı iş adamları ilə tarixi görüşündən sonra başlamışdır. Məhz xarici və yerli sahibkarlarla keçirilən bu görüşlərdən sonra özəl sektorun inkişafının əsas prioritetləri müəyyən olundu, əlverişli investisiya şəraitinin və biznes mühitinin yaradılması kimi mühüm missiya Sizə həvalə edildi.

Caspian Energy Club 50 ölkədən 5000 şirkət və təşkilatı birləşdirən beynəlxalq platforma olaraq bu gün beynəlxalq biznesin Azərbaycana yüksək marağının şahididir. Yaxın gələcəkdə Caspian Energy Club dünyanın 100 ölkəsində nümayəndəlik açmağı planlaşdırır. Bu qərar öz məhsul və xidmətlərini beynəlxalq bazara çıxarmaq istəyən Azərbaycanın özəl sektorunun nümayəndələrinin, eləcə də Azərbaycanda fəaliyyət göstərmək istəyən xarici iş adamlarının tələbidir. Bu proses Sizin düzgün qurduğunuz, atributları iqtisadi sabitlik və dövlət səciyyəsində özəl biznesə dəstək olan və 20 illik fəaliyyətiniz ərzində nümayiş etdirdiyiniz davamlı iqtisadi strategiyanın bariz nümunəsidir.

 

Sizin fəal səyləriniz və tərəfinizdən yaradılan əlverişli şərait sayəsində Azərbaycan biznesi beynəlxalq brendlərlə rəqabət apara bilir. Bu gün biz sistematik olaraq Azərbaycan şirkətlərinin Azərbaycanın hüdudlarından kənarda da müxtəlif tenderlərdə qələbələrinin şahidi oluruq ki, nəticədə bu şirkətlər həm dövlət, həm də özəl sektor üçün məhsul və xidmətlərin təchizatçısına çevrilirlər. Bu proseslər öz növbəsində Sizin neft kapitalının insan kapitalına çevrilməsi strategiyanızın bariz nümunəsidir.

 

Prezident kimi 20 il ərzində əldə etdiyiniz epoxal nailiyyət, şübhəsiz ki, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda fəal bərpa işləri aparılır. Caspian Energy Club bu layihələrdə, o cümlədən Azərbaycanın digər regionlarının inkişafı üçün nəzərdə tutulan layihələrdə xarici şirkətləri fəal şəkildə mövqeləndirir və iştiraka dəvət edir. Bu prosesdə təkcə iri şirkətlərin deyil, kiçik və orta biznes nümayəndələrinin də iştirak etməsi bizim üçün vacibdir və burada Sizin xüsusi rolunuz var.

 

Bu il biz həm də “Əsrin müqaviləsi”nin ildönümünü qeyd edirik. Məhz bu tarixi hadisə sayəsində 30 il öncə Azərbaycan yeni enerji və iqtisadi strategiyasını və neft-qaz layihələrini həyata keçirmək üçün iri xarici investorları cəlb etməyə başladı. Məhz 1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev xarici sərmayələrin cəlb edilməsi və Azərbaycan iqtisadiyyatının formalaşması məsələsində inkişaf tempini və istiqamətlərini müəyyən etdi.

Bu gün Azərbaycan yaşıl enerji və yaşıl iqtisadiyyat sahəsində layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu fikir dünyanın müxtəlif ölkələrindən olan prezidentlərin, baş nazirlərin, nazirlərin və beynəlxalq ekspertlərin “Caspian Energy” jurnalının səhifələrində dərc olunan müsahibələrində dəfələrlə səsləndirilib. “Caspian Energy” jurnalında dərc olunan, demək olar ki, hər bir müsahibədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, regionda və onun hüdudlarından kənarda yaşıl enerjinin inkişafında mühüm strateji rolu vurğulanır.

Bu gün biz Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakının şahidi oluruq. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında və Qoşulmama Hərəkatında iştirakını, həmçinin Avropa Oyunları, İslam Oyunları, Formula 1 kimi böyük beynəlxalq forum və tədbirlərə ev sahibliyi etməsini xüsusi qeyd etmək lazımdır. Fikrimizcə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-un bu il Azərbaycanda keçirilməsi çox mühüm hadisədir.

Mütəxəssislərin fikrincə, bu tədbir Azərbaycana minlərlə yüksək səviyyəli iştirakçı cəlb edəcək. Bütün bunlar Sizin fəal iştirakınız və dəstəyinizlə həyata keçirilən titanik işin nəticəsidir.

 

Son 20 ildə Azərbaycan beynəlxalq logistika və innovasiya xabına çevrilib. Bu, Azərbaycanın “Şimal-Cənub” və “Orta Dəhliz” kimi beynəlxalq logistika və innovasiya layihələrində fəal iştirakı sayəsində mümkün olub. “Digital Silk Way” və bir çox digər layihələr Azərbaycana özünü neft sektoruna aid olmayan tamamilə yeni sənaye sahələrində elan etməyə imkan verdi. 

 

Gənclərin maarifləndirilməsində, sağlam həyat tərzinin, milli dəyərlərə sadiqliyin xüsusiliyini şəxsi nümunənizlə nümayiş etdirməyiniz böyük önəm daşıyır. “Yüksəliş” kimi müsabiqələrdə qalib gələrək klubumuzun nümayəndələrinin və üzvlərinin də olduğu gənc istedadlar müxtəlif dövlət strukturlarında mühüm vəzifələr tutmaq və müstəqil Azərbaycanın inkişafına töhfə vermək üçün unikal imkan əldə etdilər.

 

Apardığınız uğurlu islahatlar və təşəbbüskarı olduğunuz Dövlət Proqramı nəticəsində Azərbaycanda xaricdə təhsil almış, qazanılan təcrübə və biliklərini ölkəmizdə tətbiq edən gənclər təbəqəsi formalaşmışdır. Hazırda Sizin səyləriniz sayəsində biz həm Bakıda, həm də ölkənin regionlarında kiçik və orta biznesin fəal inkişafını müşahidə edirik. Qeyd etmək istərdim ki, kiçik biznes nümayəndələrinin əksəriyyəti innovasiya sektorunun nümayəndələridir, hansı ki, xarici ölkələrə ixrac perspektivi ilə müxtəlif proqramlar hazırlayırlar.

 

İcazənizlə Caspian Energy Club üzvləri adından Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyinizi birmənalı şəkildə dəstəklədiyimizi bildiririk.

Vətənimizin bütün sahələrinin sabit və davamlı inkişafı naminə, Azərbaycanın beynəlxalq arenada rolunun gücləndirilməsi naminə, ölkəmizin və onun vətəndaşlarının firavanlığı naminə fevralın 7-də prezident seçkilərində Sizin namizədliyinizə səslərimizi verəcəyik.

 

Hörmətlə,

 

Caspian Energy Club və üzvləri adından 

Sədr və baş icraçı direktor

Telman Əliyev

Read 971 times Last modified on Çərşənbə axşamı, 06 Fevral 2024 07:53