Cümə axşamı, 25 İyul 2024 12:02

“Kibrit.Tech” Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq memorandumu imzalayıb

“Kibrit.Tech”ə aid olan “OrangeLine” Əlaqə Mərkəzini İdarəetmə Sisteminin müştərilərindən biri də artıq Azərbaycan Beynəlxalq Bankıdır.

“Caspian Energy Media”ya şirkət tərəfindən verilən məlumata görə, “OrangeLine”nın Azərbaycan Beynəlxalq Bankına (ABB) göstərdiyi xidmət sayəsində, müştərilərin bankın xidmətləri barədə yaranan suallarla bağlı müraciət etmələri asanlaşır. Nəticədə müştəriyə çevik geri dönüş imkanı, hesab üzrə məlumatların saxlanılması, əldə edilməsi və sosial şəbəkələr vasitəsilə əlaqəyə keçmək imkanı yaranır.

Qeyd edək ki, “Kibrit.Tech” şirkəti fəaliyyətə 2010-cu ildə başlamışdır. Şirkətin əsas fəaliyyəti proqram təminatların yaradılması, binaların və sənaye obyektlərinin avtomatlaşdırılmış idarəetmə sistemlərinin qurulması və dəstəyi və Mobil operatorların abonentləri üçün Əlavə Dəyər Xidmətlərinin yaradılması və göstərilməsinə yönəlib. “Kibrit.Tech” şirkəti Siemens, Sauter və Johnson Controls şirkətlərinin Azərbaycandakı rəsmi tərəfdaşıdır. Əsas məqsəd yalnız göstərilən xidmətlərin keyfiyyətini artırmaq deyil, həm də müştərilərin xərclərini minimuma endirməkdir.

Read 386 times Last modified on Cümə axşamı, 25 İyul 2024 10:05