Cümə, 05 İyul 2024 10:55

Microsoft 14,4 milyon dollar cərimələnib

Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən proqram təminatı şirkəti Microsoft, işçilərinin məzuniyyət hüquqları ilə bağlı ayrı-seçkilik etdiyinə dair iddialara görə bir müddətdir ki, çətin günlər yaşayır.

Caspian Energy Media “euronews”a istinadən xəbər verir ki, texnologiya nəhəngi cümə axşamı Kaliforniyada ABŞ Mülki Hüquqlar Departamenti ilə 14,4 milyon dollarlıq razılaşma əldə edib.

Müqavilə məhkəmə tərəfindən təsdiqlənərsə, uzun illər Mülki Hüquqlar Departamentinin apardığı araşdırma yekunlaşacaq.

Read 378 times Last modified on Bazar ertəsi, 08 İyul 2024 05:45