“Azərbaycan Dəmir Yolları” QSC və Asiya İnkişaf Bankı (ADB) regional əlaqələrin gücləndirilməsi məqsədilə “Şimal-Cənub” dəhlizinin Azərbaycandakı əsas hissəsinin bərpa edilməsi üçün 131,5 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıb.
Müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Rövşən Rüstəmov və ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal imzalayıblar.
Müqaviləyə əsasən, borcalan maliyyə dayanıqlılığının qorunub saxlanması üçün bazar risklərini, o cümlədən adekvat borc xidmətlərinin əhatə dairəsini, həmçinin inflyasiya, valyuta və faiz dərəcəsi risklərini əhatə etməklə yanaşı, yük və sərnişindaşıma tariflərini müntəzəm olaraq tənzimləməlidir.