Cümə axşamı, 14 Noyabr 2024 15:35

İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casir ilə görüşüb.

Azərbaycan Prezidenti İlham Əliyevin və İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casirin iştirakı ilə “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Agentlik müqaviləsi, “Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında “Əks Əlaqə Texniki Yardım Qrant Sazişi Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi” və “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Çərçivə Sazişi imzalanıb.

Dövlətimizin başçısı vurğuladı ki, imzalanmış bu sənədlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihənin beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdirilməsi baxımından ilk sənəddir.

Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.

 

Read 32 times Last modified on Çərşənbə axşamı, 19 Noyabr 2024 12:42