Çərşənbə axşamı, 29 Oktyabr 2024 12:11

Macarıstan Mərkəzi Bankı ilə əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının sədr müavini Əliyar Məmmədyarov bankın nümayəndə heyətinin illik toplantılarda iştirakı çərçivəsində Macarıstan Mərkəzi Bankının sədr müavini Barnabas Viraq ilə görüşüb.

Görüşdə mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub, eləcə də qarşılıqlı təlim və təcrübə mübadiləsi səfərlərinin təşkil olunması yüksək qiymətləndirilib.

Görüş zamanı ölkələr arasında mövcud iqtisadi əlaqələr, makroiqtisadi vəziyyət və maliyyə sektorları arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” Mərkəzi Banka istinadən xəbər verir.

Read 103 times