Cümə axşamı, 22 Avqust 2024 12:43

DSMF: Son yeddi ayda 88 200 nəfərdən çox şəxsə proaktiv müavinət və təqaüd təyinatı olub

2024-cü ilin yanvar-iyul ayları ərzində 88 min 200 nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Bu barədə “Caspian Energy Media” Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətinə istinadən məlumat verir.

 Qeyd edək ki, bunun 53,46%-ni kişilər, 46,54%-ni isə qadınlar təşkil edib.

Read 257 times