Cümə, 24 May 2024 11:09

“United Payment” MMC, ölkədə ilk Elektron Pul Təşkilatı lisenziyasını alan şirkətlərdən biri olub

Azərbaycan Repsublikasının Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Qanununa əsasən, Azərbaycan Repsublikasının Mərkəzi Bankının müvafiq tələblərinə uyğun olaraq ilk Elektron Pul Təşkiları lisenizyasını alan şirkətlərdən biri də “United Payment” MMC olub.  Bu barədə Caspian Energy Media-ya “United Payment” MMC-nin icraçı direktoru Edqar Abdullayev bildirib.

“Elektron Pul Təşkilatı lisenziyasını aldıqdan sonra, "United Payment" MMC ilk olaraq, Türkiyədə məşhur olan "TURAN" mobil tətbiqini ödəniş xidməti kimi istifadəçilərinin xidmətinə təqdim edəcəkdir. Növbəti etaplarda, qardaş Türkiyənin uğurlu təcrübəsinə və Azərbaycan Respublikasnın Mərkəzi Bankının yönləndirməsinə uyğun olaraq, FaaS (fintech as a service) modeli ilə, dayanıqlı və təhlükəsiz elektron pul (elektron cüzdan) xidmətlərinin digər təsərrüfat subyektlərinə də təqdim edilməsini planlaşdırır. Bununla da, prudensial çərçivələrdə idarə edilən, innovativ və təhülkəsiz maliyyə texnologiyaları həllərini digər korporativ müştərilərinə dayanıqlı şəkildə təqdim etməklə, Azərbaycanda yeni ödəniş alətlərinin genişlənməsinə və nəğdsiz hesablaşmaların inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir”, - deyə Edqar Abdullayev bildirib.

Qeyd edək ki, 2020-ci ildən Azərbaycanda təsis edilməyə başlamış “United Payment” maliyyə sahəsində bir sıra xidmətlər təqdim edir. Daha ətraflı məlumat əldə etmək üçün +994512016926, +994124880838 nömrələrinə zəng edə və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına məktub yaza bilərsiniz.

Read 407 times Last modified on Cümə axşamı, 30 May 2024 10:40