Serbiyada bu ölkənin dağ-mədən və energetika naziri ilə iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi, o cümlədən, enerji üzrə işbirliyinin inkişafı barədə müzakirə aparılıb.
İqtisadiyyat nazirinin müavini Anar Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyaya səfər çərçivəsində Belqradda bu ölkənin dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviçlə görüşüb. Görüşdə SOCAR-ın və Serbiyanın müvafiq dövlət şirkətlərinin nümayəndələri iştirak ediblər.
Tərəflər iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi məsələləri, o cümlədən, Serbiyanın Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının birgə tikintisi imkanları barədə müzakirə aparıblar.
Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.