Çərşənbə, 11 Dekabr 2024 16:32

Azərbaycan Serbiya ilə birgə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edib

Serbiya ilə energetika sektorunda birgə layihələrin həyata keçirilməsi, ticarət, investisiya, sənaye və infrastruktur sahələrində əməkdaşlıq  müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın Baş nazirinin birinci müavini, maliyyə naziri Sinişa Mali ilə videokonfrans formatında görüş keçirib.

Tərəflər energetika sektorunda birgə layihələrin həyata keçirilməsi, ticarət, investisiya, sənaye, infrastruktur sahələrində əməkdaşlıq potensialından istifadə ilə bağlı məsələləri müzakirə ediblər.

Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

Read 61 times Last modified on Çərşənbə, 11 Dekabr 2024 13:09