“AzərEnerji” və “GE Vernova” şirkəti arasında sənəd imzalandı
COP29 çərçivəsində “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev və “GE Vernova” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə Qaz Enerjisi istiqamətində prezidenti və baş icraçı direktoru Cozef Anisin iştirakı ilə "yaşıl zona”da tədbir keçirilib.
Tədbirin yekunu olaraq, “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev və “GE Vernova” şirkətinin səlahiyyətli nümayəndəsi Cozef Anis arasında sözügedən layihə ilə bağlı sənəd imzalanıb.
Bu barədə “Caspian Energy Media” “AzərEnerji”-ə istinadən xəbər verir.