Cümə, 15 Noyabr 2024 16:09

SOCAR və Şimali Makedoniyanın “ESM” Səhmdar Cəmiyyəti arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb

14 noyabr 2024-cü il tarixində Şimali Makedoniyanın Skopye şəhərində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “ESM” Səhmdar Cəmiyyəti arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Bu sənəd tərəflər arasında Şimali Makedoniyanın enerji təhlükəsizliyinin gücləndirilməsi və təbii qaz mənbələrinin şaxələndirilməsi üzrə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.

Anlaşma Memorandumuna əsasən, tərəflər 2024-cü il qış mövsümünün başlaması ilə Şimali Makedoniyaya çatdırılan Azərbaycan təbii qazının təchizatı üzrə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını və enerji ilə bağlı digər layihələrin araşdırılmasını diqqətdə saxlayacaqlar.

Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.

 

Read 71 times Last modified on Şənbə, 16 Noyabr 2024 10:18