Çərşənbə axşamı, 12 Noyabr 2024 13:05

COP29-da bərpa olunan enerji və enerji səmərəliliyinə investisiyaların artırılmasına dair Nazirlər Dialoqu keçirilib

COP29 çərçivəsində 2030-cu ilə qədər qlobal bərpa olunan enerji üzrə qoyuluş gücünün üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması məqsədilə investisiyaların genişləndirilməsinə dair yüksək səviyyəli Nazirlər Dialoqu keçirilib. Tədbir hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və maliyyə institutlarının təmsilçilərini bir araya gətirərək əldə olunan irəliləyişləri nəzərdən keçirməyə, verilmiş öhdəlikləri yenidən vurğulamağa və bu hədəflərə çatmaq üçün əməkdaşlıq və investisiya qoyuluşu barədə müzakirələr aparmağa imkan yaradıb. Tədbirin açılış hissəsində energetika naziri Pərviz Şahbazov, BƏƏ-nin xarici işlər nazirinin enerji və davamlılıq üzrə köməkçisi Abdulla Balalaa, Avropa İttifaqının İqlim Dəyişikliyi üzrə komissarı Vopke Hoekstra, Beynəlxalq Enerji Agentliyinin  icraçı direktoru Fatih Birol və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Francesco La Camera çıxış ediblər.

İştirakçılar, həmçinin COP29 Prezidentliyinin, əsas məqsədi bərpa olunan enerji istehsalını artırmaq olan “Qlobal Enerji Saxlama və Şəbəkələr” təşəbbüsünü müzakirə ediblər.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 38 times