Cümə axşamı, 29 Avqust 2024 10:07

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,14 ABŞ dolları, yaxud 1,37 % azalaraq 82,62 ABŞ dolları təşkil edib.

“Caspian Energy Media” “Report”a istinadən xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 78,69 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Read 270 times