Cümə, 16 Avqust 2024 10:24

Hacıqabul Sənaye Parkında günəş elektrik stansiyasının qurulması nəzərdə tutulur

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan “AGAS Group” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “AGAS Group” MMC-nin direktoru İlkin Quliyev imzalayıblar.

Caspian Energy Media İZİA-ya istinadən xəbər verir ki, sənədə əsasən ölkəmizdə keçiriləcək COP29-a və “yaşıl enerji” islahatlarına dair öhdəliklərin dəstəklənməsi məqsədilə İZİA-nın idarəçiliyində olan Hacıqabul Sənaye Parkında yerləşən obyektlərin alternartiv enerji ilə təmin edilməsi nəzərdə tutulur.

Daha ətraflı

Read 273 times