Cümə, 17 May 2024 16:48

Aprel ayında respublikada gündəlik neft hasilatı 596 min barel olub

2024-cü ilin aprel ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 596 min barel olub.

Caspian Energy Media energetika nazirliyinə istinadən xəbər verir ki, bunun 476 min barelini xam neft, 120 min barelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.

Read 439 times Last modified on Cümə, 17 May 2024 13:04