Çərşənbə axşamı, 14 May 2024 16:58

Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” layihəsinə dair görüş keçirilib

Caspian Energy Media Energetika Nazirliyinə istinadən xəbər verir ki, Energetika Nazirliyində ölkəmizdə səfərdə olan “Tetra Tech” beynəlxalq məsləhətçi şirkətinin nümayəndələri ilə “Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycan Respublikasının elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu” çərçivəsində “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsinin müzakirəsi məqsədilə görüş keçirilib.

Görüşdə Energetika, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərenerji” ASC-nin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.

Read 432 times