Bazar, 17 Noyabr 2024 13:08

İqtisadiyyat Nazirliyində "Cisco Systems" şirkəti ilə əməkdaşlığın təşviqi müzakirə edilib

COP29 çərçivəsində "Cisco Systems" şirkətinin təmsilçiləri ilə görüşdə dayanıqlı iqtisadiyyatın inkişafına dəstək verən müasir texnologiyaların tətbiqi və innovasiya ekosisteminin təkmilləşdirilməsi üzrə birgə fəaliyyətin təşviqi imkanları nəzərdən keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində "Cisco Systems" şirkətinin baş vitse-prezidenti, dayanıqlıq üzrə baş direktoru Meri de Vısotski ilə görüşüb.

Görüşdə texnologiyaların imkanlarından yararlanmaqla işgüzar sferada, eləcə də insan kapitalının inkişafı sahəsində irəliləyişlərə nail olmaq, iqtisadi artımın dayanıqlı əsaslarla formalaşdırılmasını təmin etmək və iqlim fəaliyyətinin səmərəliliyini artırmaq barədə müzakirələr aparılıb. Süni intellektdən yararlanmaqla biznes subyektlərinin fəaliyyətində effektivliyin artırılması, eləcə də kənd təsərrüfatı, suyun idarə edilməsi sahələrində innovativ həllərdən  istifadə ilə bağlı təcrübələr diqqətə çatdırılıb.

“Caspian Energy Media” bu barədə İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

Read 41 times