Cümə axşamı, 26 Sentyabr 2024 12:11

Azərbaycanın Maliyyə Nazirliyi İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasına tamhüquqlu üzv olub

Azərbaycan Respublikası Maliyyə Nazirliyi “İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasına (The Coalition of Finance Ministers for Climate Action) tamhüquqlu üzv qəbul edilib.

92 ölkənin maliyyə nazirlərinin üzv olduğu İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası 26 beynəlxalq təşkilatla institusional tərəfdaşlıq edir və həmin beynəlxalq təşkilatlar maliyyə nazirlərinin iqlim dəyişikliyi ilə bağlı siyasətlərin işlənib hazırlanması və həyata keçirilməsində səylərini dəstəkləməkdə əsas texniki və məsləhətçi rolunu oynayırlar. 

Bu barədə “Caspian Energy Media” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Daha ətraflı

Read 229 times Last modified on Cümə axşamı, 26 Sentyabr 2024 10:07