Bazar ertəsi, 05 Avqust 2024 14:26

Bu ilin birinci yarımilliyi ərzində dövlət əmlakının icarəsi üzrə göstəricilər

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində dövlət əmlakının icarəsindən büdcəyə 17,8 milyon manat vəsaitin ödənilməsi təmin edilib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,1% artım qeydə alınıb.

Caspian Energy Media Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin birinci yarımilliyi ərzində 1826 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan icarə müqaviləsinin sayı 4,88% artıb.

Daha ətraflı

 

Read 332 times