Çərşənbə axşamı, 30 İyul 2024 10:54

“Google” şirkəti ilə əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Google” şirkətinin Qafqaz və Mərkəzi Asiya üçün Dövlət əlaqələri və ictimai siyasət üzrə rəhbəri Olqa Skoroxodova və şirkətin Qafqaz, Mərkəzi Asiya, Cənubi Afrika və İsrail üzrə rəhbəri Marina Zuniklə videokonfrans formatında görüşüb.

Caspian Energy Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə mövcud əməkdaşlıq, innovativ təcrübələrin tətbiqi, rəqəmsal iqtisadiyyatın inkişafı, o cümlədən süni intellekt əsaslı texnologiyalar üzrə birgə fəaliyyətin təşkili müzakirə edilib.

Tərəflər COP29 üzrə prioritetlər və dayanıqlı inkişaf həllərininin perspektivlərini, həmçinin şirkətin məhsul və xidmətləri üzrə potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.

Read 320 times