Cümə axşamı, 18 İyul 2024 14:22

İqtisadiyyat naziri İtaliyada işgüzar səfərdədir

İtaliyada səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya Parlamentinin senatoru Culio Terzi ilə görüşüb.

Caspian Energy Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və İtaliya arasında uğurlu tərəfdaşlıq əlaqələrinin, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, enerji, nəqliyyat və digər istiqamətlərdə inkişaf etdirildiyi vurğulanıb.

Tərəflər iqtisadi əməkdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparıb və yeni təşəbbüslərin artırılmasının əhəmiyyətini qeyd ediblər.

Read 414 times