Çərşənbə, 10 İyul 2024 11:52

Türkiyənin sənaye və texnologiya nazirinin müavini ilə görüş keçirilib

Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Caspian Energy Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərinə işgüzar səfər çərçivəsində nazirin I müavini Elnur Əliyev Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil ilə görüş keçirib. Görüşdə Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlığın bütün istiqamətlər üzrə gücləndiyi vurğulanıb.

İqtisadi münasibətlərin daha da genişləndirilməsi üçün qarşılıqlı investisiya qoyuluşu, sənaye və texnologiya sahələrində təcrübə mübadiləsi, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsi imkanları qeyd edilib.

Read 342 times Last modified on Çərşənbə, 10 İyul 2024 11:05