COP29 çərçivəsində Dəyirmi Masada SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumu üzrə Niyyət Bəyanatı imzalanıb.
COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) SPECA regionu üzrə Yaşıl Şəhər Liderlərinin Dəyirmi Masası keçirilib. Dəyirmi Masa şəhərlərin iqlim fəaliyyəti üzrə ən yaxşı təcrübələri bölüşmək, bu sahədə dialoq, innovativ yanaşma və və maliyyə həllərinin tətbiqinə nail olmaq məqsədilə təşkil olunub. Tədbirdə Azərbaycanın müvafiq dövlət qurumlarının, SPECA ölkələrinin, BMT-nin, vəbeynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.
Dəyirmi Masanın nəticəsi olaraq, SPECA-nın İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumu üzrə Niyyət Bəyanatı imzalanıb. Sənədə əsasən iqlim sahəsi üzrə ümumi məqsədlərin reallaşdırılması üçün iştirakçı şəhərlər arasında sıx əməkdaşlıq nəzərdə tutulur.
Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.