Cümə, 07 İyun 2024 14:31

Bonnda SIDS üzrə danışıqlar qrupu ilə görüş keçirilib

İyunun 6-da Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Konfransı çərçivəsində COP29 sədrliyinin komandası inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) üzrə Danışıqlar Qrupunun nümayəndələri ilə ikitərəfli görüş keçirib.

Caspian Energy Media AZERTAC-a istinadən xəbər verir ki, görüş zamanı iqlim dəyişmələrinin mənfi təsirlərinə uyğunlaşma, iqlim maliyyələşməsi, dəniz səviyyəsinin qalxması, təbii fəlakətlər və kiçik ada dövlətlərinin üzləşdiyi digər ekoloji problemlər və onların həlli yolları ətrafında müzakirələr aparılıb və COP 29-dan gözləntiləri dinlənilib.

 

Read 579 times Last modified on Çərşənbə, 12 İyun 2024 06:53