Bazar ertəsi, 04 Noyabr 2024 15:30

Danimarkada Azərbaycan icması ilə görüş keçirilib

Kopenhagen şəhərində Danimarkada yaşayan azərbaycanlılarla görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdə ölkəmizin diaspor siyasətindən danışıb, Ümummilli Liderin əsasını qoyduğu bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğunu nəzərə çatdırıb. Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, həyata keçirilən çoxsaylı layihələr barədə geniş təqdimat keçirilib.

Bu barədə “Caspian Energy Media” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Read 81 times