Cümə, 16 Avqust 2024 10:43

Qırmızı Qəsəbə dünyanın “100 ən görməli yerləri” siyahısında

Amerikanın “Time” jurnalının hər il tərtib etdiyi dünyanın “100 ən maraqlı və görməli yerləri” siyahısına Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən Dağ Yəhudiləri Muzeyi də daxil edilib.

Caspian Energy Media Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu haqda “The Bukharian Times” jurnalının redaktoru Erin Levi öz məqaləsində bildirib. O, məqalədə qeyd edib ki,  bu ilin may ayında ABŞ və Kanada Buxara Yəhudiləri Konqresi üzvlərindən ibarət nümayəndə heyətinin tərkibində ilk dəfə ölkəmizə səfər edib. Səfər çərçivəsində ölkəmizin multikultural, tolerant ölkə olduğunun şahidi olub və gözəl təəssüratlarla geri döndüyünü diqqətə çatdırıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://time.com/6992405/museum-of-mountain-jews/

https://time.com/collection/worlds-greatest-places-2024/

 

Read 261 times