Cümə axşamı, 25 İyul 2024 15:16

Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəisi kollektivə təqdim olunub

Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 23 iyul 2024-cü il tarixli Sərəncamı ilə Muxtar Respublika İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilmiş Cavid Kəngərli kollektivə təqdim olunub.

Caspian Energy Media “DVX”yə istinadla xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli xidmət rəisini təyinat münasibətilə təbrik ediblər, fəaliyyətində uğurlar arzulayıblar. 

Daha ətraflı

Read 360 times