Super User

Super User

 

Caspian Energy İnternational Media Group 4-6 iyun tarixində Baku Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçiriləçək 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” sərgisinin baş informasiya tərəfdaşı seçilib. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.

Hər il keçirilən “Caspian Oil & Gas” sərgisi neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir. Ötən ildən başlayaraq Xəzər Neft və Qaz sərgisi Bakı Enerji Həftəsi çərçivəsində keçirilir. “Caspian Oil & Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır.

“Caspian Energy” jurnalı dünyanın 50 ölkəsində oxunur. Jurnalın hər nömrəsində MDB və Aİ ölkələrinin prezidentləri və baş nazirləri, habelə iri transmilli şirkətlərin başçıları ilə müsahibələri, aparıcı ekspertlərin şərhləri və analitik materialları dərc olunur.

Müxtəlif hesablamalara görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının beş aparıcı nəşri sırasındadır. Jurnal həmin regionlarda öz fəaliyyətini müəyyənləşdirmək istəyən bir çox sərmayədarlar üçün oriyentirdir.

 

Caspian Energy Club 4-6 iyun tarixində Baku Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçiriləçək 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” sərgisinin networking tərəfdaşı seçilib. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.

Hər il keçirilən “Caspian Oil & Gas” sərgisi neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir. Ötən ildən başlayaraq Xəzər Neft və Qaz sərgisi Bakı Enerji Həftəsi çərçivəsində keçirilir. “Caspian Oil & Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır.

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Caspian Energy Media president.az-a istinadən xəbər verir ki, bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak edir.

Vitam подготовил стенд для компании Alliance Logistic на выставке TransLogistica, которая состоится 4-6 июня. Об этом Caspian Energy Media сообщил коммерческий директор Vitam Фарид Нематзаде.

Следует отметить, что Vitam, осуществляющий свою деятельность в Азербайджане с 2004 года, оказывает на территории страны такие услуги, как рекламные конструкции, витрины, коммерческую мебель, выставочные и готовые стенды, широкоформатная печать, архитектурные решения, дизайн и инжиниринг.

Подробнее

Vitam 4-6 iyun tarixində keçiriləcək TransLogistika sərgisində Alliance Logistic şirkəti üçün stend hazırlayıb. Bu barədə Caspian Energy Media-ya Vitam-ın kommersiya direktoru Fərid Nemətzadə bildirib.

Qeyd edək ki, 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərən Vitam ölkə ərazisində reklam konstruksiyaları, vitrinlər, ticari mebellər, sərgi və hazır stendlər, geniş formatlı çaplar, memari yönləndirmələr, dizayn və layihələndirmə kimi xidmətlər göstərir.

Daha ətraflı

Bazar ertəsi, 03 İyun 2024 15:48

"Qarabağ" tarixində 20-ci titulunu qazanıb

“Qarabağ” tarixində 20-ci titulu qazanıb.

Caspian Energy Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu buna Azərbaycan Kubokunu qazanmaqla nail olub. Qurban Qurbanovun yetirmələri finalda “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib. “Qarabağ” 8-ci dəfə ölkə kubokunu qazanmaqla həm də 6-cı “Qızıl dubl”una imza atıb.

“Карабах” завоевал 20-й титул в своей истории.

Как сообщает Caspian Energy Media со ссылкой на официальный сайт Профессиональной футбольной лиги,подопечные Гурбана Гурбанова одолели “Зиру” в финале Кубке Азербайджана со счетом 2:1. Команда отметила 8-ю победу в финале главного турнира страны. “Карабах” сделал 6-й “Золотой дубль”, побив собственный рекорд в данном зачете.

Mayın 31-də Linguist və Satakunta Tətbiqi Elmlər Universitetinin (SAMK) nümayəndələri arasında görüş keçirilib. Bu barədə Linguist şirkətinin icraçı direktoru Nəzrin  Məmmədova bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Finlandiyanın paytaxtı Helsinki şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin genişlənməsi olub.

Linguist Dil Mərkəzi təhsil sahəsindəki boşluğu doldurmaq üçün 2010-cu ilin yanvarında  quruldu. İlkin olaraq Linguist tərcümə sahəsində fəaliyyətə başlamış, 2 il sonra isə işini genişləndirərək korporativ müştərilərinə ilk ingilis dili kurslarını da təqdim etmişdir. Bu vaxtdan etibarən Linguist həm tərcümə, həm də dil tədrisi sahələrində fəaliyyət göstərir.

Finlandiyanın qərb sahilində fəaliyyət göstərən SAMK 7400-dən çox tələbə və 600-ə yaxın işçisi olan çoxşaxəli beynəlxalq ali təhsil müəssisəsidir.

Qeyd edək ki, bu görüşlər LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.

Mayın 31-də iCloud Academy və Helmi Learning şirkətlərinin nümayəndələri arasında görüş keçirilib. Bu barədə Icloud Academy-nin təsisçisi və direktoru Tutu Məcidova bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Finlandiyanın paytaxtı Helsinki şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin genişlənməsi olub.

İnnovativ dil akademiyası olan iCloud academy xarici dilləri özünəməxsus metodlarla tədris edib,dil öyrənmək istəyən insanların bacarıqlarını inkişaf etdirir. Akademiyada peşəkar,uzun müddətli pedaqoji təcrübəsi olan müəllimlər fəaliyyət göstərir. Rus dili mütəxəssisi olan Tutu Məcidova tərəfindən 2023 cü ildə təsis edilmişdir.

Helmi Learning tədris planının və müəllim hazırlığının əsası uşaqların tədris prosesində fəal iştirak etmək hüququ, bərabərlik və davamlı həyat tərzidir. Həmçinin bütün tədris planları Finlandiyanın ECEC milli əsas tədris planına əsaslanır.

Qeyd edək ki, bu görüşlər LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə enerji səmərəliliyi üzrə qlobal əməkdaşlığa nail olmaq üçün birgə fəaliyyət göstərəcək.

Caspian Energy Media xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Daha ətraflı