Super User
Energetika naziri COP29-da GECF, OPEC Fondu və GEIDCO ilə görüşlər keçirib
Energetika naziri Pərviz Şahbazovun COP29 çərçivəsində Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi, OPEC Fondunun prezidenti və Qlobal Enerji Əlaqələndirməsinin İnkişafı və Əməkdaşlıq Təşkilatının (GEIDCO) sədri ilə görüşləri olub.
Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamel ilə görüşdə qaz sektorunda inkişaf tendensiyaları, bərpa olunan enerji mənbələri ilə yanaşı qazın enerji keçidində artan rolundan danışılıb. COP29 çərçivəsində Paris Sazişinin 6.4-cü Maddəsi üzrə vahid mexanizmlə bağlı razılaşma yüksək qiymətləndirilib. Baş katib GECF-in Dayanıqlı İnkişaf üçün Təbii Qaz üzrə Nazirlər İclasının COP29 platformasında keçirilməsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
OPEC Fondu tərəfindən Azərbaycanda 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyası layihəsini dəstəkləmək üçün “ACWA Power” şirkətinə 50 milyon ABŞ dolları məbləğində kredit ayırılması, həmçinin Azərbaycan “Yaşıl Keçid Planı”nı dəstəkləmək məqsədilə texniki yardımı yüksək qiymətləndirilib. Fond dənizdə külək enerjisinin inkişafı, “yaşıl enerji dəhliz”ləri və “Masdar” şirkəti ilə həyata keçirilən 1QVt gücündə külək-günəş enerjisi layihələrində əməkdaşlığa dəvət edilib. OPEC Fondunun prezidenti Azərbaycana “yaşıl enerji keçidi”ndə dəstək verməyə hazır olduğunu bildirib.
Nazir Qlobal Enerji Əlaqələndirməsinin İnkişafı və Əməkdaşlıq Təşkilatının (GEIDCO) sədri Xin Baoan ilə də görüşüb. Azərbaycanda “təmiz enerji”nin inkişafı və enerji şəbəkələrinin əlaqələndirilməsi layihələrinin həyata keçirilməsində təşkilatla əməkdaşlıq müzakirə edilib. Türkiyə, Avropa və Mərkəzi Asiya ilə enerji sistemlərini əlaqələndirən üç yaşıl enerji dəhlizinin həyata keçirilməsi barədə məlumat verilib. Uzun məsafəli əlaqələndirmə layihələri sahəsində təcrübəyə malik GEIDCO-nun enerji dəhlizləri layihələri üzrə əməkdaşlıqda iştirak, bərpa olunan enerji sahəsində birgə tədqiqat aparmaq imkanları dəyərləndirilib.
Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.
http://caspianenergy.net/index.php/ru/journal-archive-ru/itemlist/user/43-superuser?start=470#sigProGalleria9abec495ce
Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi təqdim edilib
COP29 konfransı çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) və Hidrogen Şurasının təşkilatçılığı ilə keçirilən “Təmiz hidrogen iqtisadiyyatının təmin edilməsi və yeni təchizat zəncirlərinin inkişafı” adlı tədbirdə Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədinin təqdimatı baş tutub.
Hidrogen üzrə Milli Strateji Baxış sənədi COP29 Prezidentliyi tərəfindən elan edilmiş Hidrogen Bəyannaməsinə və ölkəmiz tərəfindən həyata keçirilən yaşıl enerji dəhlizləri konsepsiyasına uyğundur və ölkəmizin hidrogendən istifadə ilə bağlı gələcək planlarını özündə əks etdirir.
Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.
Şəfəq Günəş Elektrik Stansiyasının təməli qoyulub
COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir. Layihə 3 iyun 2021-ci il tarixində Energetika Nazirliyi ilə bp arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir.
Təməlqoyma mərasimində layihə üzrə “Azərbaycan Respublikası Hökuməti ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında İnvestisiya Müqaviləsi və “Azərbaycan Respublikası Energetika Nazirliyi ilə “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkəti arasında Torpaq İcarəsi Müqaviləsi” imzalanıb.
Sonra isə simvolik olaraq stansiyanın ilk günəş paneli imzalanıb. Imzalama prosesinə SOCAR və Azərbaycan İnvestisiya Şirkəti də qoşulub. Şəfəq GES-də illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da ildə 120-150 milyon kubmetr təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir.
Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.
Səudiyyə Ərəbistanı ilə “yaşıl enerji” tərəfdaşlığını genişləndirən sənədlər imzalanıb
COP29 tədbiri çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi”ndə Səudiyyə Ərəbistanı Krallığının iştirakını təmin edən və Azərbaycanla “yaşıl enerji” əməkdaşlığını genişləndirən bir neçə sənəd imzalanıb.
Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud tərəfindən “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirlikləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində İcra Proqramı” imzalanıb.
İmzalanan digər sənədlər “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi arasında Enerji Əməkdaşlığı üzrə Yol Xəritəsi” və “Səudiyyə Elektrik Şirkəti (SEC) ilə “Azərenerji” ASC arasında elektrik enerjisi sahəsində bilik və təcrübə mübadiləsi üzrə Anlaşma Memorandumu”dur.
Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.
Energetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib
Energetika naziri Pərviz Şahbazov COP tədbiri çərçivəsində Pakistanın neft üzrə dövlət naziri Musadik Malik və “CESI SpA” şirkətinin Baş icraçı direktoru Nikola Melchiotti ilə görüşüb.
Pakistanın neft və su resursları naziri Musadik Malik ilə görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilib. Xüsusilə, ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində və enerji sahəsində müxtəlif əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyul ayında Pakistana etdiyi dövlət səfərinin mühüm rolu vurğulanıb. Neft məhsullarının ticarəti, neft-qaz infrastrukturu layihələri üzrə Pakistan Dövlət Neft Şirkəti (PSO) ilə SOCAR arasında əməkdaşlıq imkanları dəyərləndirilib. İkitərəfli məsləhətləşmələrin sürətləndirilməsi qeyd olunub.
Bərpa olunan enerji sahəsində də əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.
http://caspianenergy.net/index.php/ru/journal-archive-ru/itemlist/user/43-superuser?start=470#sigProGalleriaa1d4b45359
COP29-da bərpa olunan enerji və enerji səmərəliliyinə investisiyaların artırılmasına dair Nazirlər Dialoqu keçirilib
COP29 çərçivəsində 2030-cu ilə qədər qlobal bərpa olunan enerji üzrə qoyuluş gücünün üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması məqsədilə investisiyaların genişləndirilməsinə dair yüksək səviyyəli Nazirlər Dialoqu keçirilib. Tədbir hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və maliyyə institutlarının təmsilçilərini bir araya gətirərək əldə olunan irəliləyişləri nəzərdən keçirməyə, verilmiş öhdəlikləri yenidən vurğulamağa və bu hədəflərə çatmaq üçün əməkdaşlıq və investisiya qoyuluşu barədə müzakirələr aparmağa imkan yaradıb. Tədbirin açılış hissəsində energetika naziri Pərviz Şahbazov, BƏƏ-nin xarici işlər nazirinin enerji və davamlılıq üzrə köməkçisi Abdulla Balalaa, Avropa İttifaqının İqlim Dəyişikliyi üzrə komissarı Vopke Hoekstra, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Francesco La Camera çıxış ediblər.
İştirakçılar, həmçinin COP29 Prezidentliyinin, əsas məqsədi bərpa olunan enerji istehsalını artırmaq olan “Qlobal Enerji Saxlama və Şəbəkələr” təşəbbüsünü müzakirə ediblər.
Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.
Energetika naziri Avropa Komissiyası və Avropa İnvestisiya Bankı ilə görüşlər keçirib
Energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Bakıda səfərdə olan Avropa Komissiyasının Enerji üzrə Baş Direktoru Ditte Juul Jorgensen və Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Tereza Çervinska ilə görüşüb.
Avropa Komissiyasının Enerji üzrə Baş Direktoru Ditte Juul Jorgensen ilə görüşdə Azərbaycanın enerji təchizatında etibarlı tərəfdaş olduğu və Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığı çərçivəsində əməkdaşlıq edildiyi qeyd olunub. Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzrə mövcud vəziyyət, eləcə də Enerji Dialoqu və Məşvərət Şurası çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər müzakirə edilib. Görüşdə Azərbaycandan Avropaya “yaşıl enerji”nin tədarükü üzrə hazırda həyata keçirilən “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”, eləcə də “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə inkişaf prosesləri diqqətə çatdırılıb. Avropa şirkətlərinin “yaşıl enerji” infrastrukturlarının qurulması və Xəzər dənizində külək enerjisinin istehsalı-ixracı və istehlakçılara çatdırılması istiqamətlərində iştirak imkanlarından bəhs edilib.
Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.
Ильхам Алиев встретился с вице-президентом Бразилии
14 ноября Президент Азербайджанской Республики Ильхам Алиев встретился с вице-президентом Федеративной Республики Бразилия Жералду Алкмином.
Отметив, что красота Баку произвела на них приятное впечатление, гость поздравил с высоким уровнем организации и успешным проведением COP29.
Об этом сообщает “Caspian Energy Media” со ссылкой на официальный сайт главы Азербайджанского государства.
Ильхам Алиев встретился с генеральным секретарем Совета Европы
14 ноября Президент Азербайджанской Республики Ильхам Алиев встретился с генеральным секретарем Совета Европы Аленом Берсе.
Поблагодарив главу нашего государства за приглашение на COP29, генеральный секретарь Совета Европы высоко оценил организацию этого мероприятия в короткие сроки.
Об этом сообщает “Caspian Energy Media” со ссылкой на официальный сайт главы Азербайджанского государства.
Ильхам Алиев встретился с Президентом Северной Македонии
14 ноября Президент Азербайджанской Республики Ильхам Алиев встретился с Президентом Республики Северная Македония Горданой Силяновской-Давковой.
Подчеркнув, что COP29 организована на высоком уровне, Гордана Силяновская-Давкова сказала, что на церемонии открытия мероприятия была представлена интересная презентация об азербайджанской культуре. Отметив, что она поддерживает культурную дипломатию, высокая гостья выразила удовлетворение ознакомлением с культурой Азербайджана. Она подчеркнула наличие широких возможностей для сотрудничества с Азербайджаном.
Об этом сообщает “Caspian Energy Media” со ссылкой на официальный сайт главы Азербайджанского государства.