Вторник, 10 Сентябрь 2024 10:38

Azərbaycan bu il Avropaya 8 milyard kubmetrdən çox qaz ixrac edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Avropaya 8,4 milyard kubmetr qaz ixrac olunub. Bu aylar ərzində Türkiyəyə 6,5 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz ixrac olunub. Bundan başqa, onun sözlərinə görə, bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 3,7 milyard kubmetr qaz nəql edilib. Bu ilin 8 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,1 faiz çoxdur.

"Caspian Energy Media" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Read 55 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ