Среда, 04 Сентябрь 2024 11:08

Özbəkistan və Qazaxıstan birgə peykləri kosmosa buraxılacaq

Özbəkistan və Qazaxıstan məlumatların öyrənilməsi və təhlili üçün süni peyklərin birgə buraxılmasını planlaşdırır. Bu barədə “Caspian Energy Media” Özbəkistan mətbuatına istinadən məlumat yayıb.

Məlumata görə, bu məsələ Astanada Özbəkistanın rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov və Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Jaslan Madiyev arasında müzakirə olunub.

Bundan əlavə, nazirlər rəqəmsal innovasiyaları sürətləndirmək üçün regional əməkdaşlıq üçün birgə planların hazırlanması imkanlarını nəzərdən keçiriblər.

Read 96 times Last modified on Среда, 04 Сентябрь 2024 07:52

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ