Пятница, 13 Декабрь 2024 15:55

Astanada Beynəlxalq Süni Zəka Mərkəzi fəaliyyətə başlayacaq

Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye naziri Jaslan Madiyev alem.ai adlı Beynəlxalq Süni Zəka Mərkəzinin konsepsiyasını təqdim edib.

Beynəlxalq Süni Zəka Mərkəzinin məqsədi Qazaxıstanı süni zəka yönümlü dövlətə çevirmək, yenilikləri təşviq etmək və süni zəka texnologiyalarını ölkənin sosial və iqtisadi həyatının bütün sahələrində inkişaf etdirməkdir. alem.ai Mərkəzi elm, sənaye, yaradıcı sənayelər və dövlət xidmətləri kimi əsas sahələrdə texnologiyaların inkişafına yönəlib.

Mərkəzin yaradılması 2029-cu ilədək Qazaxıstanın süni zəka həllərinin ixracını 5 milyard ABŞ dollarına çatdırmağı və süni zəkanın inkişafı hesabına yeni texnoloji və iqtisadi artım dalğasını təşviq etməyi hədəfləyir.

Bu barədə “Caspian Energy Media” Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirliyinə istinadən xəbər verir.

 

Read 57 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ