Понедельник, 24 Июнь 2024 14:51

Nigar Əliyeva “Caspian Energy”ni 25 illik yubileyi münasibətilə təbrik edib

Hotels Group şirkətinin direktoru Nigar Əliyeva “Caspian Energy Club”ın təşkil etdiyi B2G görüşdə Caspian Energy Media-ya müsahibə verib.

“Bildiyiniz kimi bu il “Caspian Energy” brendi 25 illiyini qeyd edir. Artıq bir müddətdir ki, biz “Caspian Energy Club”la əməkdaşlıq edirik. Bu əməkdaşlıq bizə fəaliyətimizdə dəfələrlə böyük dəstək verib və verməkdə də davam edir. Hotels Group MMC olaraq bu əlamətdar tarix münasibətilə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev başda olmaqla klubun bütün əməkdaşlarını təbrik edirəm”, - deyə Nigar Əliyeva bildirib.

2007-ci ildə qurulan Hotels Group Azərbaycanın aparıcı otel şirkətlərindən biridir. Müxtəlif kateqoriyalı üç oteli - FLY Inn BAKU, SKY INN Qonaq Evi və RİVER INN RESORT & SPA-nı özündə birləşdirir. Çoxillik təcrübəyə malik peşəkar komanda sayəsində Hotels Group şirkətinin otellərində dünya səviyyəli xidmət və hər qonağa fərdi yanaşma təmin edilir.

 

Daha ətraflı: https://flyinn.az/; https://www.riverinn.az/az

 

Media

Read 244 times Last modified on Понедельник, 01 Июль 2024 06:47

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ