Пятница, 21 Июнь 2024 10:40

İlqar Nuri “Caspian Energy”ni 25 illik yubileyi münasibətilə təbrik edib

Veysəloğlu Şirkətlər Qrupunun audit məsələləri üzrə Qrup CEO-nun müşaviri İlqar Nuri “Caspian Energy Club”ın təşkil etdiyi B2G görüşdə Caspian Energy Media-ya müsahibə verib.

“Biz artıq bir neçə müddətdir ki “Caspian Energy Club”ın üzvüyük. Klubun dövlət və özəl sektor arasındakı əməkdaşlıqda çox böyük rolu var. İqtisadiyyatın, eləcə də cəmiyyətin inkişafına verdiyi töhvələri daim hiss edirik. Bu il “Caspian Energy” brendinin 25 illik yubileyidir. Bu münasibətlə başda Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev olmaqla hamını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm”, - deyə İlqar Nuri bildirib.

Veysəloğlu Şirkətlər Qrupu 1994-cü ildə satış və distribütor şirkəti olaraq fəaliyyətə başlayıb. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 23 mindən çox əməkdaş sayı ilə Azərbaycanın qeyri-neft sektorunun (topdan, pərakəndə satış, logistika xidməti və istehsal) ən iri işəgötürənlərindən biridir. Qrupun əsas missiyası müştərilərini münasib qiymətə keyfiyyətli məhsullarla təmin etmək, etibarlı tərəfdaşlıq edərək tədarükçülərin inkişafına töhfə vermək, əməkdaşları üçün ədalətli və potensiallarını reallaşdıracaqları iş mühiti yaratmaq, cəmiyyət və ətraf mühit qarşısında öhdəliklərini yerinə yetirməklə dayanıqlı inkişafı dəstəkləməkdir.

Daha ətraflı

Media

Read 220 times Last modified on Понедельник, 01 Июль 2024 06:33

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ