Wednesday, 07 May 2025 10:12

Azərbaycan AİB Rəhbərlər Şurasının 58-ci İllik Toplantısında təmsil olunub

4-7 may tarixlərində İtaliyanın Milan şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 58-ci İllik Toplantısı keçirilib.

"Təcrübə Paylaşımı və Sabahın Qurulması" devizi altında keçirilən İllik toplantıda Azərbaycan Respublikası Maliyyə Nazirliyi Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

İllik toplantı çərçivəsində Azərbaycan nümayəndə heyəti bankın Direktorlar Şurasında ölkəmizi təmsil edən icraçı direktor xanım Reyçl Tompson, AİB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov və OPEC Beynəlxalq İnkişaf Fondunun İctimai Sektor və Strategiya üzrə vitse-prezidenti Haimaa Al-Sheiby ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə mövcud əməkdaşlıq, habelə ölkənin prioritet müəyyən etdiyi layihələrin, xüsusilə nəqliyyat, su və kanalizasiya sahələrində layihələrin maliyyələşdirilməsi imkanları müzakirə edilib.

Bu barədə “Caspian Energy Media” Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Read 7 times Last modified on Wednesday, 07 May 2025 11:24

 

NEWS