Energetika naziri Pərviz Şahbazov COP tədbiri çərçivəsində Pakistanın neft üzrə dövlət naziri Musadik Malik və “CESI SpA” şirkətinin Baş icraçı direktoru Nikola Melchiotti ilə görüşüb.
Pakistanın neft və su resursları naziri Musadik Malik ilə görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilib. Xüsusilə, ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində və enerji sahəsində müxtəlif əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyul ayında Pakistana etdiyi dövlət səfərinin mühüm rolu vurğulanıb. Neft məhsullarının ticarəti, neft-qaz infrastrukturu layihələri üzrə Pakistan Dövlət Neft Şirkəti (PSO) ilə SOCAR arasında əməkdaşlıq imkanları dəyərləndirilib. İkitərəfli məsləhətləşmələrin sürətləndirilməsi qeyd olunub.
Bərpa olunan enerji sahəsində də əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.
http://caspianenergy.net/index.php/en/caspian-energy-media/item/6529-energetika-naziri-cop29-t-dbiri-zaman-bir-s-ra-goeruesl-r-kecirib#sigProGalleriaa1d4b45359