Monday, 07 October 2024 13:44

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti MDB vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclasında iştirak edib

Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının iclası keçirilib. İclasda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan və Ermənistanın vergi orqanlarının rəhbərləri iştirak ediblər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

Tədbir iştirakçıları informasiya texnologiyalarının tətbiqi və yeni layihələrin həyata keçirilməsi vasitəsilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində təcrübələri müzakirə ediblər. 

Bu barədə Caspian Energy Media DövləVergi Xidmətinə istinadəxəbəverir. 

Daha ətraflı

Read 299 times Last modified on Monday, 07 October 2024 09:57

 

NEWS