Wednesday, 02 October 2024 14:00

Bakıda Müstəqil Dövlətlər Birliyi ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 38-ci iclası keçirilmişdir

Cari ilin 01-02 oktyabr tarixlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçı ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 38-ci iclası Bakı şəhərində keçirilmişdir. İclasda MDB üzv dövlətlərinin feldyeger rabitəsi xidmətləri üzrə nümayəndə heyətləri iştirak etmişlər. 38-ci iclas Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin sədrliyi ilə həyata keçirilmişdir.

İclasda Koordinasiya Şurasının iştirakçı dövlətlərin başçıları, hökumət və mərkəzi icra hakimiyyəti orqanları arasında rəsmi yazışmaların (korrespondensiyaların) operativ və təhlükəsiz şəkildə çatdırılması məsələlərinin tənzimlənməsi barədə müzakirələr aparılmışdır.

Bu barədə “Caspian Energy Media” Xüsusi Rabitə və İnformasiya Təhlükəsliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

Read 285 times

 

NEWS