Wednesday, 10 July 2024 14:33

Azərbaycan “İNNOPROM-2024” sərgisində təmsil olunub

Azərbaycan Rusiyanın Yekaterinburq şəhərində keçirilmiş "INNOPROM – 2024" beynəlxalq sərgisində təmsil olunub.

Caspian Energy Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sərgi çərçivəsində "Böyük Avrasiya bazarlarına çıxmaq uğrunda tərəfdaşlıq: səyləri birləşdirərək qalib gəlirik" mövzusunda işgüzar sessiya keçirilib

Tədbirdə xarici şirkətlərin Azərbaycan bazarında fəaliyyətinin stimullaşdırılması və ikitərəfli ticarətin artırılması üçün ölkəmizdə tətbiq olunan mexanizmlər diqqətə çatdırılıb. Sənaye zonalarında tərəfdaş ölkələrlə birgə reallaşdırılan investisiya layihələrinin, nəqliyyat-logistika sahəsində təşəbbüslərin yaratdığı imkanlar vurğulanıb.

Read 205 times

 

NEWS