Tuesday, 29 April 2025 19:00

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə videokonfrans formatında görüşüb.

Vurğulanıb ki, iki dost ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir, müxtəlif sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir. Görüşdə Azərbaycan-Pakistan tərəfdaşlığının iqtisadi əlaqələrimizin şaxələndirilməsi üçün yaratdığı imkanlar, birgə layihələrin reallaşdırılması perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bundan başqa, tərəflər ticarət əlaqələrinin və qarşılıqlı sərmayələrin intensiv təşviqi istiqamətində müzakirələr aparıblar. Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Read 11 times Last modified on Wednesday, 30 April 2025 11:04

 

NEWS