Tuesday, 02 July 2024 15:08

ADY ilə Çin arasında memorandum imzalanıb

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Çin Xalq Respublikasının Szyansu əyaləti hökumətinin nümayəndə heyəti ilə görüş keçirilib.

Caspian Energy Media ADY-ə istinadən xəbər verir ki, görüşün yekunu üzrə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum tərəflər arasında dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli əlaqələrin inkişafı və Orta Dəhliz üzrə daşımaların həcminin artırılmasına xidmət edəcək.

Qeyd edək ki, Szyansu əyaləti ilə əməkdaşlıq çərçivəsində Çinin bu bölgəsindən Azərbaycana ilk blok qatarı iyunun 20-də yola düşüb və yaxın günlərdə Bakıya çatacaq.

Daha ətraflı

Read 516 times

 

NEWS