Monday, 01 July 2024 09:45

Azərbaycan plenar iclasda təmsil olunub

Madriddə Beynəlxalq Zeytun Şurasının (IOC) 119-cu sessiyasının plenar iclası keçirilib. Azərbaycan IOC-un tamhüquqlu üzvü qismində Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənovun başçılıq etdiyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrindən ibarət heyətlə sözügedən tədbirdə iştirak edib.

Caspian Energy Media AZPROMO-ya istinadən xəbər verir ki, tədbirdə qarşıdakı dövr ərzində təşkilat qarşısında duran əsas məsələlər müzakirə edilib, üzv ölkələrin zeytun istehsalı ilə bağlı hesabatları dinlənilib, Azərbaycanın dövlət bayrağı Şuranın mənzil-qərargahı qarşısında qaldırılıb.

Daha ətraflı

Read 448 times

 

NEWS