Friday, 28 June 2024 11:06

Veysəloğlu Şirkətlər qrupu əməkdaşları üçün danışıq bacarıqları təlimi keçirildi

ADA universitetinin təşəbbüsü ilə Veysəloğlu Şirkətlər qrupunun əməkdaşları üçün “Biznesdə danışıq bacarıqları” mövzusunda təlim keçirilib.

“Caspian Energy Media”ya Veysəloğlu Şirkətlər qrupundan verilən məlumata görə, təlim komunikasiya, komanda quruculuğu üzrə beynəlxalq təlimçi, strateji inkişaf məsləhətçisi və Tekoa şirkətinin təsisçisi və rəhbəri Lucette Quarteron tərəfindən verilib.

İki gün, ümumilikdə səkkiz saat davam edən təlim həm nəzəri, həm də praktik hissələrdən ibarət olmaqla işgüzar danışıqların aparılması və danışıq proseslərinin idarəolunmasına həsr olunub.

Read 20 times

 

NEWS