Tuesday, 25 June 2024 17:15

BANM tələbələri ABŞ-də Azərbaycanı təmsil edəcək

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) "SPE BHOS" komandası ABŞ-də Azərbaycanı təmsil edəcək.

Caspian Energy Media Bakı Ali Neft Məktəbinə istinadla xəbər verir ki, tələbələr "PetroBowl" yarışının Qazaxıstanda keçirilən regional turunu udaraq finala vəsiqə qazanıblar. Onlar Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri Aminə Rəhmanova, Firuzə Əzizova, Orxan Nəsibov, Ramin Əsgərli və Xanlar Məmmədzadədir.

Read 8 times

 

NEWS