Monday, 24 June 2024 16:23

Mərkəzi Bankın sədri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru və onun nümayəndə heyəti ilə görüşüb

Mərkəzi Bankın sədri Taleh Kazımov Dünya Bankının (#DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı DB ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə icra olunan və perspektivdə duran layihələr və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin DB-nin Azərbaycanda həyata keçirilən islahatlara öz müsbət töhfəsini verəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlıq prosesi ilə bağlı gündəmdə olan mühüm məsələlər müzakirə olunub.

Bu barədə Caspian Energy Media Mərkəzi Banka istinadən xəbər verir.

Read 35 times

 

NEWS