Monday, 24 June 2024 14:47

“SpaceX” daha 20 internet peykini orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 20 “Starlink” peykini orbitə çıxarıb.

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, daşıyıcı raket iyunun 23-də ABŞ-ın Sakit okean vaxtı ilə saat 20:47-də Kaliforniya ştatının Vandenberq bazasından start götürüb.

“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 6,6 mindən çox peyk buraxıb. Hazırda onların 6,2 mindən çoxu işlək vəziyyətdədir.

Read 35 times

 

NEWS