COP29 Sədrliyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) birgə təşkilatçılığı ilə keçirilən “Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə Enerjisinin Maliyyələşdirilməsi” tədbiri çərçivəsində Energetika Naziriliyi və BAEA Anlaşma Memorandumu imzalayıb. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında Paris Sazişi kontekstində enerji planlaşdırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu energetika naziri Pərviz Şahbazov və BAEA-nın Baş direktoru Rafael Mariano Grossi imzalayıb.
“Caspian Energy Media” reports with reference to the Ministry of Energy.